Türkiyədə uzun zaman sonra yeni komediya serialı çəkiləcək.
Hit.az xəbər verir ki, “Poll Films” tərəfindən çəkiləcək ekran işi üçün çalışmalara başlanılıb.
Artıq şirkətin rəhbəri Polat Yağcı məşhurlarla danışıqlara başlayıb. Məşhur aktrisalar Binnur Kaya və Eda Ece sözügedən layihədə rol alacaqlar. Xüsusilə Eda Ecenin yenidən çəkiləcək “Yasak Elma” layihəsindən imtina edərək bu serialı seçməsi çox diqqət çəkib. Hazırda kod adı “Düğünümüz var” olan layihıənin rejissoru Mustafa Kotan olacaq.
Aslan


