Onlar da “Hamal”da çəkiləcəklər - FOTO

MƏDƏNİYYƏT
10:04 / 08.09.2026
192

Türkiyənin “ATV” telekanalının yeni iddialı serialı “Hamal”ın heyətinə daha iki məşhur qatılıb.

Hit.az xəbər verir ki, Mina Teber və Seda Akman da layihədə rol alacaqlar.

Teber “Gülizar”, Akman isə “Sıla” obrazına həyat verəcək. Xatırladaq ki, Mina Teber karyerası ərzində “Kertenkele”, “Kalk Gidelim”, “Yalı Çapkını” kimi çox sayda serialda çəkilib. Seda Akman isə “Emret Komutanım”, “Annem”, “Arka Sokaklar”, “Bu Şehir Arkandan Gelecek”, “Aşk ve Mavi”, “Deha” və “Halef” kimi ekran işlərində rol alıb.

Qeyd edək ki, “Hamal”da Oktay Kaynarca, Fahriye Evcen, Erdal Özyağcılar, Caner Cindoruk, Burak Tozkoparan, Sarp Akkaya və Yasemin Yazıcı kimi məşhurlar çəkiləcək.

Pərviz

0