Türkiyəli məşhur aktyor Burak Altay ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi “Kanal D”nin reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in 3-cü mövsümündə çəkiləcək. 30 yaşlı aktyor layihənin 67-ci bölümündən etibarən vəkil “Kamil” obrazına həyat verəcək.
Qeyd edək ki, Burak Altay karyerası ərzində “Siyah İnci”, “Üç Kuruş”, “Ben Bu Cihana Sığmazam” və “Veliaht” kimi iddialı seriallarda çəkilib.
Pərviz



