Türkiyəli məşhur aktyor Erol Babaoğlunun yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sənətçi “Kuyu” serialında çəkiləcək.
O, “Tabii” platformasında yayımlanacaq ekran işində “Uluç” obrazına həyat verəcək. 10 bölüm olacaq layihənin baş rollarını isə Burçin Terzioğlu və Barış Falay canlandıracaq.
Qeyd edək ki, 49 yaşlı aktyor karyerası ərzində “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Gaddar”, “Hudutsuz Sevda” və “Eşref Rüya” kimi reytinqləri alt-üst edən çox sayda serialda rol alıb.
Pərviz


