"İsmayıllıya hələ yay gəlməyib. İstəyirəm günəş canımı isitsin."
Bunu Azvision.az -a Xalq şairi Musa Yaqub səhhətindən danışarkən deyib.
Tanınmış şair bildirib ki, özünü normal hiss edir, son zamanlar sağlamlığı ilə bağlı ciddi problem yaşamayıb.
"Rayondayam, hər şey qaydasındadır. Karantinə görə insanlar əvvəlki kimi gəlib mənə baş çəkə bilmirlər, amma yenə də gələnlər olur. Özümü yaxşı hiss edəndə hərdən şeir yazıram. Kənddə yay hiss olunmur, hələ üşüyürəm. Hava isti olanda ailə üzvlərimin köməkliyi ilə çıxıb bağda gəzirəm, amma tək mümkün deyil".