“Bütün Azərbaycanın duaları səninlədir” - Sənət dostları Bəhramdan yazdı (FOTO)

13:04 / 15.06.2020
1812

Məlum olduğu kimi, Əməkdar artist Bəhram Bağırzadə koronavirusla mübarizə aparır.

HİT.Az “Qafqazinfo”ya istinadla bildirir ki, Əməkdar artistin sənət dostları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək, ona mənəvi dəstək olublar.

Xalq yazıçısı Çingiz Abdullayev:

“Bəhram Bağırzadə, bütün fikirlərimiz və ürəyimiz səninlədir, sağal”.

Xalq artisti Elçin Əzizov:

“Əziz dostum və qardaşım! Sağlamlığın üçün dua edirik! Allah şəfa versin! Bizim doğmamız! Biz hamımız sənin sağlamlığın üçün dua edirik! Sən güclüsən və mütləq bu xəstəliyə qalib gələcəksən! Sən öz dostlarına, ailənə, ölkənə çox lazımsan! Bizə həmişə bəxş etdiyin sevgi, qayğı və xeyirxahlıq yüzqat özünə qayıtsın! Qoy Ulu Tanrı səni tez sağaltsın!”.

Xalq artisti Murad Dadaşov:

“Dostum-qardaşım! Bəhramımız! Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun! Sənin yaxşı bir sloqanın var - #pozitivol! Pozitiv olaq, dostum! Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin!”.

Əməkdar artist Cabir İmanov:

“Sən həmişə çox güclü olmusan, güclüsən və olacaqsan. Tez sağal, mənim əziz qardaşım. Allah köməyin olsun!”

Xalq artisti Tünzalə Ağayeva:

“Bəhram, tez sağal, lütfən. Dualarımızdasan. Allah sənə və bütün xəstələrimizə şəfa versin”.

Aparıcılar Zaur və Günay Baxşəliyevlər:

“Əzizimiz Bəhram Bağırzadə, sənə Allahdan şəfa diləyirik! Tez sağal, aramıza dön, bizi güldür, əyləndir, sevindir, düşündür! Səni çox sevirik! Tezliklə xoş xəbərini eşidək! İnşallah”.

0