"Oskar" mükafatı təxirə salındı

MƏDƏNİYYƏT
19:55 / 16.06.2020
1494

Amerika Kino və Elm Sənətləri Akademiyası 2021-ci ildə keçirilməsi nəzərdə tutulan 93-cü “Oskar” mükafatının təqdimetmə mərasimini koronavirus səbəbilə gələn ilin 25 aprel tarixinədək ertələyib.

Cebhe.info xəbər verir ki, bu barədə “Variety” jurnalı bildirib.

Məlumatda mükafata namizəd göstəriləcək filmlər üçün müraciət də gələn ilin 28 fevralına kimi təxirə salınıb.

Xatırladaq ki, hər il reallaşan mükafatlandırma mərasimi ikinci dünya müharibəsi zamanı da keçirilib. “Oskar” mükafat gecəsi sonuncu dəfə 1981-ci ildə ABŞ-ın sabiq prezidenti Ronald Reyqana qarşı törədilən sui-qəsd zamanı 24 saat təxirə salınmışdı.

0