Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
HİT.Az xəbər verir ki, Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında əməkdar artistin səhhətində irəliləyiş olmadığını bildirib:
"Hələ ki səhhətində dəyişiklik yoxdur, stabildir, reanimasiyadadır. Yeni bir şey yoxdur. Mən özüm də həkiməm. Bəhram reanimasiyda olduğu üçün həkimləri hər an hər şey ola bilər deyə ümidverici bir söz demirlər. Amma əllərindən gələni edirlər. Dua edirik".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90 faizdən çox zədələndiyi məlum olub.