Bakı güclənir, İrəvan isə... – Ermənilər Əliyevi Paşinyana nümunə göstərir

SİYASƏT
21:00 / 29.07.2020
1775

Tovuz döyüşlərindən sonra Azərbaycan-Türkiyə hərbi təlimlərinin başlanması Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı ittihamları da gücləndirib. Xüsusilə son günlər Ermənistan daxilində baş verənlər fonunda hakimiyyətin səriştəsizlikdə günahlandırılması fikirləri artır.

Erməni politoloq Andranik Tevanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın Tovuz döyüşlərindən sonra atdıqları addımları müqayisə edib.

“Azərbaycan dünyanın müxtəlif yerlərində diasporu gücləndirir, Türkiyə ilə birlikdə genişmiqyaslı hərbi təlimlərə başlayır, türk ordusu İrəvanın yaxınlığında yerləşən Naxçıvana gəldi, Bakı və Ankranın münasibətləri misilsiz dərəcədə inkişaf edib. Bəs Nikol Paşinyan hökuməti nə işlə məşğuldur?”, - erməni politoloq sual verir, ardınca cavabları bir-bir sıralayır.

“1. Qeyri-qanuni şəkildə konstitusiyanı dəyişdirməyə çalışır;

2. İrəvanın küçələrində təhsil almaq istəyən gənclərin hüquqları pozulur, onların etiraz səsi boğulur;

3. Koronavirusun yayılmasına görə hökumət başqalarını günahlandırır;

4. Nikol Paşinyanın yaxınları kef məclislər düzəldir və saxta, gülməli bəhanələr irəli sürür;

5. Müxalifətin siyasi təqibi davam edir;

6. Əliyev-Ərdoğan münasibətlərindən fərqli olaraq, Paşinyan-Putin münasibətləri həll edilməz vəziyyətdədir, çünki sıfır ünsiyyət var;

Fikrimcə, başqa şərhə ehtiyac yoxdur”.


 

0
Publika.az