Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Sərvan Cumayev inzibati qaydada həbs olunub.
HİT.Az xəbər verir ki, bu barədə "Turan"a partiyadan məlumat verilib. Məlumata görə, Cumayev iyulun 28-də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 30 sutka müddətinə həbs olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb