Putin Lukaşenko ilə danışmaq istəmir

SİYASƏT
18:50 / 30.07.2020
1852

Hələlik Minskdə 32 "Vaqner” muzdlusunun saxlanılması ilə bağlı Rusiya və Belarus prezidentlərinin müzakirəsi gözlənilmir.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hələlik heç bir telefon danışığı gündəmdə deyil: "Moskva və Minsk arasında müxtəlif ünsiyyət vasitələri var. Həmçinin hüquq-mühafizə orqanları arasında təmas xətti var. Ümid edirik ki, bu kanallar vəziyyəti aydınlaşdırmaq üçün kifayət edəcək".

Xatırladaq ki, Minsk yaxınlığında saxlanılan muzdlu döyüşçülərlə bağlı istintaq aparılır. Onların "Vaqner" şirkətinə bağlı olduqları bildirilir.

1
Cebhe.info