Aya Sofyada ilk bayram namazı qılındı

SİYASƏT
16:40 / 31.07.2020
1009

Bayram namazı üçün bir neçə saat əvvəldən Aya Sofya məscidinin qarşısına toplaşan vətəndaşlar polis yoxlanışından keçəndən sonra qaçaraq məscidə giriblər.

86 il sonra ibadətə açılan məsciddə ilk bayram namazı səhər saatlarında qılınıb.

Qurban bayramı namazından əvvəl məscidə gələn Nəqliyyat və İnfrastruktur naziri Mustafa Şəntop, İstanbul valisi Əli Yerliqaya Aya Sofyaya gəliblər.

Qeyd edək ki, Türkiyənin dini işlər naziri Əli Ərbaşın qıldığı bayram namazında Əli Yerliqaya və Mustafa Şəntopun yan-yana məsafə saxlayaraq namaz qıldıqları diqqəti çəkib.

 

0
Cebhe.info