Türkiyə Azərbaycanı da yanına aldı – 8 ölkə arasında hərbi anlaşma

SİYASƏT
11:05 / 03.08.2020
2398

Türkiyə və Azərbaycan silahlı qüvvələri Azərbaycanda ortaq hərbi təlimlər keçirir.

Türkiyə təlimləri Aralıq dənizinin şərqində davam etdirəcək.

Məlumatda Azərbaycanın Xəzər dənizi Donanmasının Türkiyənin Aralıq dənizində hazırlaşdığı təlimlərə qatılacağı bildirilib: “Həmişə Türkiyənin dənizlərdə həyata keçirdiyi təlimlərə dəstək verən Azərbaycan Donanması Aralıq dənizində ticarət və enerji təhlükəsizliyinin təmin edilməsində Türk Silahlı Qüvvələri ilə əməkdaşlıq edəcək. İki ölkənin dəniz qüvvələri arasında yekun anlaşmanın əldə olunması üçün həlledici mərhələyə çatdığı öyrənilib”.

İki ölkə arasındakı əməkdaşlığa Qazaxıstan və Türkmənistanın da daxil olacağı istisna edilməyib: “Genişlənən əməkdaşlıq platformasına Tunis, Liviya, Əlcəzair, Livan, Pakistan, Gürcüstan və Monteneqronun da daxil olacağı qeyd olunub”.

Məlumatda Türkiyə Donanması ilə Egey dənizində birgə hərbi təlimlər keçirən İspaniyanın da siyahıda olduğu bildirilib.

 

0
Teleqraf.com