Erməni diasporu Xabarovskda hökumət əleyhinə etirazlara qatılıb. Davtyan adlı erməni diasporunun nümayəndələrindən biri Xabarovskdakı aksiya iştirakçıları ilə danışıb və həbs edilmiş keçmiş qubernator Sergey Furqalın dərhal azadlığa buraxılmasının vacibliyini bildirib.
Davtyan eyni zamanda, prezident Vladimir Putini sərt şəkildə tənqid edərək, rusları "ermənilər kimi ayağa qalxmağa" çağırıb. Erməni diasporu nümayəndəsinin sözlərinə görə, Rusiya hakimiyyəti öz xalqını aldadır və onlardan qorxmur.
"Onlar ruslardan qorxmurlar, ancaq qafqazlılardan qorxurlar. Əgər qafqazlılar sizin yanınızdadırsa, onda azad olacaqsınız", - Davtyan deyib.
O, Xabarovskdakı ermənilərin etirazlarını dəstəklədiyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl tanınmış telejurnalist Margarita Simonyan Ermənistan hakimiyyətini rus gənclərinə hökuməti devirməyi öyrədən anti-Rusiya QHT-ləri ilə əlbir olmaqda ittiham etmişdi.
"Siz anti-Rusiya qüvvələri üçün Qafqazda tramplin oldunuz", - o əlavə edib.