Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavinin birinin vəzifəsindən uzaqlaşdığı bildirilir.
HİT.Az Banker.az-a istinadla xəbər verir ki, 67 yaşlı Pərviz Kərim oğlu Musayev DMX-nin rəis müavini vəzifəsindən azad edilib.
Pərviz Musayev 2008-ci ilin 25 aprelindən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə DMX-nin rəisinin müavini təyin edilmişdi.