Medvedevdən Azərbaycan və erməni diasporlarına ÇAĞIRIŞ

SİYASƏT
17:45 / 05.08.2020
981

Rusiyanın keçmiş Prezidenti və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan - Ermənistan münaqişəsindən danışıb.

 “RİA Novosti” xəbər verir ki, o, “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə Rusiyada Azərbaycan və Ermənistandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib.

“Mənə elə gəlir ki, hüquq-mühafizə orqanlarımız istiqamətləndirilməlidir, ölkə daxilində bu mövzu zorakılıq və hər hansı toqquşma üçün səbəb yaratmamalıdır. Diasporalar da bu məsələdə öz məsuliyyətlərini hiss etməlidirlər”, - deyə Medvedev qeyd edib.

1
“Qafqazinfo”