"Keçən dəfə deputat köməkçilərinin təsdiq olunmaması ilə bağlı məsələ qaldırılmışdı”.
HİT.Az "Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, deputatlardan 3-ü (Cəbi Quliyev, Ülvi Quliyev və Aydın Hüseynov) köməkçisinin sənədlərini təqdim etməyib: "Onlar da sənədlərini təqdim edəndən sonra bu məsələ öz həllini tapacaq".