Quba Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yoluxucu xəstəliklər şöbəsinin müdiri Donara Əliyevaya yeni vəzifə verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, D.Əliyevaya Quba rayonunun baş infeksionisti vəzifəsinin icrası həvalə olunub.
Qeyd edək ki, Donara Əliyeva Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin həyat yoldaşıdır.
Xatırladaq ki, Quba RMX hazırda koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanalardan biridir.