Rusiya prezidenti Vladimir Putin hökumətə bir sıra təlimatlar verib.
Federal büdcə hazırlıqları çərçivəsində 2020-2021-ci il payız-qış mövsümündə tibbi qurumların dərman, test sistemləri daxil tibbi təchizat, fərdi mühafizə, dezinfeksiya və antiseptik ehtiyacının qarşılanmasına dair mənbə təsis edilməsini tələb edib.
V.Putin aidiyyəti hesabatın 1 oktyabr 2020-ci il tarixində hazır olması və bu tarixdən etibarən hər ay reallaşdırılmasını istəyib. Təlimatların həyata keçirilməsindən Baş nazir Mixail Mişustin məsuliyyət daşıyacaq.
Hökumətə qarşıdakı payız-qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarının qarşısını alma tədbirlərinə 1 oktyabra qədər sürətlənmə təlimatı verən Rusiya prezidenti koronavirus pandemiyasında risk qrupuna daxil olan 75% insanın qrip peyvəndi kampaniyasına cəlb olunmasını tələb edib. Bu rəqəm də ölkə əhalisinin 60%-ni təşkil edir.