"Biz əməkdaşlığımız mərkəzində olan bütün məsələləri müzakirə etdik. Ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyini ifadə etdik".
HİT.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə bütün münaqişələrin BMT-nin prinsipləri və sülh yolu ilə həllinin vacibliyi vurğulanıb:
"Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin yaşayan gələcəyi üçün vacibdir və həmçinin hər iki ölkənin marağındadır".