Azərbaycana qarşı informasiya müharibəsi aparan jurnalist döyüldü - FOTO

SİYASƏT
13:00 / 11.08.2020
1124

Rusiyanın “WarGonzo” layihəsinin yaradıcısı, müharibə jurnalisti Semyon Peqov Minskdə saxlanılıb.

Rusiya KİV-nin xəbərinə görə, Belarusda prezident seçkilərini işıqlandıran zaman jurnalist OMON-çular tərəfindən döyülüb. Onun saxlanıldığı və iğtişaşları təhrik etməkdə ittiham olunduğu açıqlanıb.

Təqsiri sübuta yetirilsə, jurnalisti 8 ilə qədər həbs cəzası gözləyir. Semyon Peqov 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı Azərbaycan əleyhinə videoreportajlar hazırlayaraq, Ermənistan ordusunun Qaradaş yüksəkliyini ələ keçirməsi barədə dezinformasiya yaymışdı.

0
Modern.az