Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmağı planlaşdırırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.
“Qəbul edilən qərarların tətbiq edilməsini birgə izləyəcəyik. Digər tərəfdən qarşılıqlı investisiyalar artır. Hər iki ölkə Cənubi Qafqazda təkcə region üçün deyil, Uzaq Şərqdən Londona qədər əhəmiyyətli strateji layihələrini həyata keçirdi. Bakı-Tiflis-Ceyhan boru xəttini, TANAP layihəsini misal göstərmək olar. Qardaş Türkmənistan, Qazaxıstan və Özbəkistanın layihələrə daxil olması üçün səylərimizi davam etdirəcəyik”, - M.Çavuşoğlu bildirib.