Türkiyədə rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.
Nazir “Anıtkabir”də məzarı önünə əklil qoyub, Xatirə kitabına ürək sözlərimi yazıb və muzeylə tanış olub.
Daha sonra Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan parkı və abidəni ziyarət etdib və Ulu Öndərin abidəsi qarşısında əklil qoyub.