Təhlükəsizlik Şurasının iclası təcili çağırıldı: hərbi liderlər toplandı

SİYASƏT
13:18 / 12.08.2020
1325

Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edərkən Yunanıstan Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Müdafiə naziri Nikos Panaqiotopoulosun rəhbərlik etdiyi toplantıda ölkənin aparıcı hərbi heyəti və hərbi liderləri yer alıb.

“Atena-Makedoniya” agentliyinə açıqlama verən yunan mənbələr iclasın məqsədinin daha geniş bir bölgədə vəziyyəti dəyərləndirmək və Türkiyəyə qarşı ediləcək həmlələri masaya qoymaq olduğunu söyləyib.

Mənbələr 3 saat davam edən iclasın nəticələri barədə məlumat verməyib.

 

1
Publika.az