Erkin Qədirli müəllimlərin maaşlarının 50% endirilməsini təklif edib? - AÇIQLAMA

SİYASƏT
19:03 / 13.08.2020
1202

Milli Məclisin deputatı Erkin Qədirli barəsində səsləndirən fikirlərə münasibət bildirib.

HİT.Az-ın xəbərinə görə, E.Qədirli deyib ki, son illərdə barəsində hər cür yalan eşitməli (oxumalı) olub.

"Siçan dərmanından tutmuş, Lukaşenkonu dəstəklədiyimə qədər. Arada Brüsselə gedib Mehriban Əliyevanı tərifləməyim, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşməyim və s. yalanlar da olub. Hamısını boş verir, onları yayanları bağışlayıram. Amma Milli Məclisdə müəllimlərin maaşlarını 50% endirməyi təklif etməyimi uyduranları bağışlamayacağam. Mən müəllim də olmuşam (indiki pulla saatı 20 qəpiyə dərs demişəm), işsiz də olmuşam (üst-üstə 9 il), pulsuz da qalmışam (2 il), o dərəcədə ki, dostların yardımı olmasaydı, necə yaşayacağımı bilməyəcəkdim. İndi mənə qarşı emosional şantaja keçənlərin vicdanı qalsın bir qırağa, bunların heç ağlı da yoxmuş. Mənim haqqımda belə bir şeyi (müəllimlərin maaşını azaltmağı) necə güman edə bilirlər? Nə isə... Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür" - deputat qeyd edib.

0