Azərbaycan Türkiyə ilə inkişaf edən münasibətlərini Rusiya ilə də balanslaşdırmaq istəyir. Bakının Moskva ilə daha geniş kontekstdə müqavilə imzalamaq imkanı var.
Bunu rusiyalı analitik Stanislav Tarasov deyib. O, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqının üzvü etmək istədiyini bildirib:
“Burada əsas məsələ odur ki, Bakı hansı şərtlərdə Kremlin təşkilata üzvlük təklifini qəbul edəcək. Moskva Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü qarşılığında hansı əməkdaşlığa hazır olacaq? Sözsüz ki, İrəvan bu məsələdə müqavimət göstərəcək”.
Axar.az