Avropa səması ermənilərə bağlandı - DETALLAR

SİYASƏT
20:22 / 14.08.2020
1262

ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlara rəsmi səfərlər üçün ermənilərin aviaşirkətlərindən istifadəni yasaqlayıb.

Bu ilin iyun ayında Avropa Birliyi Ermənistanın bütün aviaşirkətlərini Aviasiya Təhlükəsizliyi Siyahısına (EU Air Safety List) daxil edib.

Səbəb Ermənistan aviaşirkətlərinin təhlükəsiz uçuşlarına inamın olmamasıdır.

Ən azı 2022-ci ilədək qüvvədə olacaq qərar Ermənistanın aviaşirkətlərinə AB üzvü olan ölkələrə, habelə AB ölkələri arasında uçuşları yasaqlayır.

Faktiki olaraq, Avropa Birliyi səmasını Ermənistan aviaşirkətlərinə bağladı.

Yaxın iki il ərzində Ermənistanın "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", "Atlantis European Airways", "Mars Avia" və "Skyball" adlı şirkətləri heç bir halda, heç bir şərtlərlə Avropa Birliyinin səmasından yararlana bilməyəcəklər.

Avropa Birliyinin "qara siyahı"sında İraq, Venesuela, Əfqanıstan, Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipi kimi dövlətlərin də aviaşirkətləri var.

AB-nin, sonra da ABŞ-ın Ermənistan aviaşirkətlərinə qarşı sərt sanksiyalar və yasaqları tətbiq etməsi, sadəcə, rəsmi olaraq "uçuşların təhlükəsizliyinin təminatı" ilə bağlıdır.

Əsl səbəb Erməistanda rəsmi qeydiyyata alınmış təyyarələrdən uzun illərdən bəri Afrika ölkələrinə silah, hərbi texnika və sursat daşımaq üçün istifadə olunmasıdır.

Ermənistan rəhbərliyindəki şəxslər bu qanunsuz əməliyyatlarda bilavasitə iştirak edərək külli miqdarda gəlirlər əldə ediblər.

 

2
Milli.az