Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.
HİT.Az Unikal.org-a istinadla xəbər verir ki, Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bidlirib:
"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağrılmamışam".