Beyrut partlayışı: Prezident də istefaya gedir?

SİYASƏT
09:15 / 16.08.2020
1221

Livan Prezidenti Mişel Aunun avqustun 4-də Beyrut limanında baş verən partlayışla əlaqədar olaraq vəzifəsini tərk etmək niyyəti yoxdur.

M.Aun bu barədə BFM telekanalına müsahibəsində bəyan edib.

“Əgər vəzifədən ayrılsaydım, yeni seçkilər təşkil etməliydim, bu da indi mümkün deyil”,- o deyib.
M.Aun özünü xalqın bir fərdi hesab edib:

“Livanlının acısını bölüşürəm və baş verənləri yaxından izləyirəm”.

0
Axar.az