ABŞ məğlub oldu, amma bu, son deyil – Puşkov

SİYASƏT
12:27 / 16.08.2020
915

Cümə günü Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnaməsini dəstəkləmədi.

Bunu rusiyalı senator Aleksey Puşkov deyib.

Puşkov qətnaməyə yalnız ABŞ və Dominikan Respublikasının səs verdiyini bildirib:

“Rusiya və Çin bunun əleyhinə idilər. Təhlükəsizlik Şurasının qalan 11 üzvü isə bitərəf olub. ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayenin sözlərinə görə, Vaşinqton məğlub oldu, amma bu, son deyil", – deyə Puşkov bildirib.

Puşkov bunun Vaşinqtonun nüfuzuna növbəti zərbə olduğunu deyib.

0
Axar.az