Erməni xisləti: İrəvan Türkiyəyə qarşı “fürsət” tapdı

SİYASƏT
14:40 / 16.08.2020
1154

Ermənistan Xarici İşlər Nazirliyi Egey dənizində və Şərqi Aralıqda son prosesləri və hərbi dəniz qüvvələrinin fəaliyyətini “izləyirmiş”.

Bu barədə Ermənistan XİN bəyanat yayıb. Bəyanatda Türkiyəyənin "provokasiyası"na qarşı Yunanıstan və Cənubi Kiprin fəaliyyətinə dəstək ifadə edilib.

Qeyd edək ki, Şərqi Aralıq dənizi ilə bağlı problemlər haqda ya regional güclər və sahilyanı dövlətlər, ya da qlobal supergüclər açıqlama verir. Ermənistan kimi kiçik və Şərqi Aralığa uzaqdan-yaxından heç bir aidiyyəti olmayan, problemlər içində olan və ianələr hesabına yaşayan bir dövlətin hansısa açıqlama verməsi və prosesləri izləməsi“ sadəcə gülüncdür.

0
Axar.az