Ermənistan MTX-də yeni təyinatların məqsədi nədir?

SİYASƏT
19:06 / 17.08.2020
1052

Ermənistan MTX sistemində kadr dəyişiklikləri adi hala çevrilib. Son təyinatlar da çox suallar doğurur. MTX-nin müxaliflərə qarşı siyasi qisas alması üçün hökumətin əlində bir vasitə halına gəlməsi narahatlığı var. Ermənistan Milli Təhlükəsizlik Xidmətində kadr dəyişiklikləri hələ də davam edir. Bütün bu yeni kadr təyinatları cari ilin may ayında vaxtilə Dövlət Nəzarət Xidmətinin rəisi vəzifəsini icra edən 29 yaşlı Argişti Kyaramyanın xüsusi xidmət direktorunun müavini təyin edilməsi ilə başlayıb.

Paşinyanın rəhbərlik etdiyi hakimiyyət bu təyinatı siyasi səbəblərlə izah etdi. Onların dediyinə görə, uzun müddətdir ki, polisə və ya MTX qurumlarına “kənardan şəxs” təyin edilməyib. Bunun əvəzinə bu şəxslərin səmərəli işləyəcəklərinə vəd verirdilər. Ancaq Ermənistan Baş nazirin əhval-ruhiyyəsinə görə, vədləri yerinə yetirilmədi ki, bu da guya kimisə “kənardan” gətirməyə məcbur etdi.

Bu təyinatdan bir ay sonra, Kyaramyan peşəkar “çekist” Eduard Martirosyanı əvəzləyərək Ermənistan MTX-yə rəhbər təyin edildi. Martirosyanın sistemdən çıxarılması təhlükəsizlik qüvvələri tərəfindən təmin olunan karantin tədbirlərinin səmərəsizliyi ilə izah edildi.

Hələ may ayında Martirosyanın vəzifəsində olduğu müddətdə Paşinyan MTX-yə İrəvanın həyətlərindən birində uşaq tədbirinin təşkilatçılarını (şəkilləri sosial şəbəkələrdə görünən) tapmağı tapşırdığını bildirmişdi. Epidemiyanın artdığı dövrdə kütləvi tədbirlər qəti qadağan edilmişdi. Uşaqlarla bağlı tədbir təşkilatçısını ifşa etmək və bunun qarşısının alınmasının niyə xüsusi xidmət orqanlarına tapşırılması cavabı hələ də məlum olmayıb. Şayiələrə görə, Paşinyanın tapşırığı MTX əməkdaşlarını şoka salsa da, əmr bir tapşırıqdır, yerinə yetirilməlidir.

“Sputnik Armenia” nəşri yazır ki, Martirosyan Paşinyanın narazılığına səbəb olan kiçik problemlərin (vaxtilə Robert Köçəryan dediyi kimi “kənd Uçastkovları” səviyyəsində) həll edilməsində xüsusi xidmət orqanlarının iştirakının zəruri olmadığına inandırmağa çalışdığını istisna etmək olmaz. Bu hadisədən bir neçə həftə sonra Martirosyan vəzifədən kənarlaşdırılıb.

Yeri gəlmişkən, bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun Ermənistan AES-ə rəhbərlik edəcəyi məlum olub. Əslində, bu təyinat Ermənistan hakimiyyətinin atom elektrik stansiyasında operativ iş təcrübəsi olan bir insana ehtiyacı olmasından xəbər verir.

Ancaq Kyaramyan məsələsinə qayıdaq. MTX-nin yeni direktoru təyin olunandan bir ay sonra müavinlərindən biri Robert Bazikyan istefa ərizəsini təqdim etdi. Bazikyan Kyaramyan səbəbiylə istefa verməsi barədə şayiələri qəti şəkildə rədd etmişdi. Bazikyan qərarını illərlə işlədiyi, istirahət etməsi zərurəti ilə izah etməyə çalışmışdı, ancaq o, 43 yaşında olmaqla nisbətən gənc kadrlardan biridir.

Beləliklə 12 avqust səhəri, yeni təyinatlar haqqında məlumatlar yayıldı. Kyaramyanın müavinlərindən biri İstintaq İdarəsinin keçmiş rəhbəri Mikael Hambardzumyan, digəri Armen Abazyan oldu.

Hambardzumyan MTX-nin köhnə əməkdaşlarından biridir. Uzun illər İstintaq İdarəsinin rəisi vəzifəsini tutub. Onun iştirakı olmadan demək olar ki, heç bir istintaq aparılmayıb, bu qalmaqallı cinayət işləri çərçivəsində məsələn, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın, keçmiş Ermənistan prezidentinin qardaşı Saşik Sarkisyanın və sairə cinayət işlərini sadalamaq olar. Ermənistan MTX-in keçmiş rəhbəri Artur Vanetsyana qarşı başlanmış cinayət işinin də Hambardzumyan tərəfindən əlaqələndirildiyi barədə şayiələr var.

Armen Abazyanla vaxtilə Kyaramyanla davrandıqları kimi davranıblar. O, əvvəlcə İstintaq Komitəsinin sədr müavini təyin edilib və iki gündən sonra MTX-yə təyin olunub. Lakin, Kyaramyandan fərqli olaraq, Abazyan əvvəlcə İstintaq Komitəsində vəzifə almazdan əvvəl MTX-nin Şirak regional şöbəsinə rəhbərlik edib.
Hüquq-mühafizə orqanlarından birinin keçmiş sədrinin sözlərinə görə, MTX-də kadr dəyişiklikləri həmin qurumun real tələbini əks etdirmir. Onun sözlərinə görə, bu təyinatlar bir və ya iki hal istisna olmaqla məntiqsizdir, bu qurumdan bixəbər, xüsusi xidmətlərdə işləmək təcrübəsi və bacarığı olmayan insanlar rəhbər vəzifələrə təyin olunurlar.

“Mənə elə gəlir ki, bu adamları təyin etməyin əsas meyarı onların ölkənin siyasi rəhbərinə sədaqətidir. Digər keyfiyyətlər isə heç kəsi maraqlandırmır. Məsələn, çox uzağa getmək lazım deyil. Əvvəllər zaman-zaman xarici casusların tapılıb həbs olunması barədə açıqlamalar verilirdi. Ancaq bu gün bu hal artıq mövcud deyil. Casus agentləri haqqında uzun müddətdir heç bir eşitmirik. Bəlkə, bunlar, yəni casuslar daha yoxdur?”, - deyə o bildirib.


Daxili gündəmin Ermənistan MTX-nin işində tədricən daha böyük bir yer tutduğundan şikayətlənir, belə təəssürat yaranır ki, MTX korrupsiya işlərinin ifşa olunmasından başqa bir işlə məşğul deyil.

“İnanmaq istərdim ki, onlar bu qurumda yalnız korrupsiya ilə mübarizə aparmırlar, sadəcə qalanları haqqında açıqlama vermirlər”, - deyə keçmiş təhlükəsizlik rəsmisi qeyd edib.

Unutmayaq ki, Ermənistan MTX-nin keçmiş direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın danışıqlarının gizli dinlənilməsi üzrə cinayət işinin təfərrüatları hələ də üzə çıxmayıb.
 

0
Ordu.az