Belarus Prezidenti Aleksandr Lukaşenko bir neçə şərt daxilində səlahiyyətlərini bölüşməyə hazır olduğunu bildirib.
Belə bir bəyanatla o, “Minsk təkərli dartıcılar” zavodunda çıxış edib.
“Hazırda Belarus konstitusiyasına dəyişikliklər edilməsi üzərində iş gedir. Düşəlişlərdə hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsi nəzərdə tutulur”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, bu konstitusiyanı müəmmalı şəxslərə vermək olmaz, çünki bəla ola bilər
Lukaşenko əlavə edib ki, prezident səlahiyyətlərini bölüşməyə hazırdır, amma “təzyiq altında və yoldankeçənlə yox”.
Unikal.org