Cəbhəçi gənc azadlığa çıxdı

SİYASƏT
09:49 / 18.08.2020
854

Fətullah Gülən camaatının üzvü olmaqda təqsirləndirilən AXCP üzvü azadlığa çıxıb.

HİT.Az Musavat.com-a istinadən xəbər verir ki, 4 il azadlıqdan məhrumetmə cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.

Bildirək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

0