Baş Prokurorluq Eldar Həsənovla bağlı açıqlama verdi

SİYASƏT
12:11 / 25.08.2020
1195

Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib. 

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təstiqləyib.

Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat düzgündür: "Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır".

0