Moskvada Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
HİT.Az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, regional və beynəlxalq gündəliyin əsas aspektləri və Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək.
Qeyd edilib ki, görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.
Görüş başa çatdıqdan sonra nazirlər birgə mətbuat konfransı keçirəcək.