“Demokratik cəmiyyətdə və hüquqi dövlətdə qanunun aliliyinin təmin edilməsi hər şeydən üstündür və vəzifəsindən, statusundan asılı olmayaraq hamı bunu belə qəbul etməlidir. Qanunu pozanların isə hüquqi qaydada cəzalandırılması ilə bərabər, ictimai qınaq obyektinə çevrilməsi də normal sivil cəmiyyətlərdə adi haldır” .
Bu fikirlərim Modern.az-a “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu AMEA-nın prezidenti Ramiz Mehdiyevin dünənki açıqlamasında adının hallanmasından danışarkən deyib.
Deputat qeyd edib ki, ictimai qınaq çəkindirici vasitədir və hüququn tətbiqindən daha öncə mümkün qanun pozunularının qarşısını almaq üçün effektiv mexanizmdir:
“Əgər bu prosesdə kimsə öz hüquqlarının təhdid edildiyini düşünürsə və yaxud ictimai qınağı hüquq pozuntusu hesab edirsə, yenə də bunu həll etmək üçün hüquqi alətlər mövcuddur və kim istəsə, onun imkanlarından istifadə edə bilər. Ancaq heç bir halda cəmiyyətimizin ümumi ictimai maraqları kontekstində ictimai vəkilliyi yaxud qınağı da təhdid etmək olmaz. Belə olarsa cəmiyyətdə şəffaf və ədalətli ictimai münasibətlər sistemi yaratmaq çətin olar. Qanuna riayət edilməsi hər şeydən üstündür və vəzifəsindən, statusundan asılı olmayaraq hamı bunu belə qəbul etməlidir. Qanunu pozanların isə hüquqi qaydada cəzalandırılması ilə bərabər ictimai qınaq obyektinə çevrilməsi də normal sivil cəmiyyətlərdə adi haldır. Çünki ictimai qınaq çəkindirici vasitədir və hüququn tətbiqindən daha öncə mümkün qanun pozunularının qarşısını almaq üçün effektiv mexanizmdir”.
Hikmət Babaoğlunun sözlərinə görə, əgər bu prosesdə kimsə öz hüquqlarının təhdid edildiyini düşünürsə və yaxud ictimai qınağı hüquq pozuntusu hesab edirsə, yenə də bunu həll etmək üçün hüquqi alətlər mövcuddur və kim istəsə onun imkanlarından istifadə edə bilər:
“Ancaq heç bir halda cəmiyyətimizin ümumi ictimai maraqları kontekstində ictimai vəkilliyi, yaxud, qınağı da təhdid etmək olmaz. Belə olarsa cəmiyyətdə şəffaf və ədalətli ictimai münasibətlər sistemi yaratmaq çətin olar” .