Qarabağ danışıqları hansı formatda olacaq?

SİYASƏT
19:00 / 27.08.2020
1307

“Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Rusiyada Qarabağla bağlı Sergey Lavrovla apardığı danışıqlar və danışıqların hansı istiqamətdə gedəcəyi, Rusiyanin təklifləri və digər məsələlərlə bağlı ictimaiyyətə açıq məlumat verməlidir. Yoxsa, danışıqlar, yenidən Minsk qrupu çərçivəsində əvvəlki kimi davam edəcək?”.

Bu sözləri politoloq Məhəmməd Əsədulazadə deyib. Onun sözlərinə görə S. Lavrov danışıqların davam edəcəyi mesajını verdi:

“Bu danışıqlarda əvvəlki kimi status-kvonu qoruyacaq? XİN rəhbəri Bakıda mətbuat konfransı keçirib məlumat verməlidir. Prezident İlham Əliyev danışıqların imitasiyasına getməyəcəklərini xüsusi olaraq qeyd edib. Hörmətli Ceyhun Bayramov mətbuat konfransında Rusiyanin münaqişənin həllinə dəstək verəcəyini ümid etdiyini vurğuladi. Cənab C. Bayramovun diqqətinə çatdırım ki, artıq Rusiyaya ümid etməkdən keçib. Azərbaycanın Türkiyə ilə birgə siyasi-hərbi koordinasiyası qurub. Ankara-Bakı hərbi platformasına qarşı Moskvanın dermaşının qarşısı alınmalıdır. S. Lavrovla aparılan Qarabağ danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır”- deyə, politoloq əlavə edib.

 

1
Cebhe.info