Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi

SİYASƏT
10:48 / 04.09.2020
2476

“Şərqi Aralıq dənizində Yunanıstanın təxribatına Azərbaycandan başqa heç bir türk dövlətinin dəstəyini elan etdiyini görməmişəm".

Bu sözləri Türkiyənin tanınmış siması Ələddin Çakıcı bəyan edib: 

"Türkiyə Aralıq dənizində haqqını axtarır və bunu tez-gec tapacaq. Bu enerji mənbələri ölkəmizin və türk dünyasının gələcəyi üçün çox vacibdir. Türkiyənin buradan qazandığı son qəpik-quruşu da dünyanın hər yerində əzilən məzlum xalqlar üçün xərcləyəcək. 

Şərqi Aralıq dənizində baş verənlər bir daha göstərdi ki, Qərb öz maraqları çərçivəsində tez birləşə bilər. Avropa Yunanıstanın arxasında olduğunu göstərdi. Ancaq türk dünyası üçün bunu deyə bilmərik. Azərbaycandan başqa heç bir türk dövləti dəstəyini elan etmədi. Buna görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edirik. Əvvəla, bu birliyin yaradılması üçün əlimizdən gələni etməliyik. 

Bu məsələdə tək qalsaq belə, heç kim biləyimizi bükə bilməz. Yunanlar 100 il əvvəli unutdu. Babalarımız necə onların əcdadlarını dənizə tökdüsə, bu gün də biz onları dənizə tökərik. Yunanıstanı dəstəkləyən Fransa isə ayağını yerində saxlasın. Qarşısında türk millətinin olduğunu unutmasın. Əks təqdirdə, onları Çanaqqalanın soyuq sularında boğarıq".

0
mediapost.az