"Facebook" siyasi reklamlara icazə verməyəcək

SİYASƏT
11:34 / 04.09.2020
1096

Sosial media platforması “Facebook” 3 noyabr tarixində keçiriləcək ABŞ prezident seçkilərindən 7 gün öncə siyasi reklamlara icazə verməyəcəyini açıqlayıb.

Bu barədə “Facebook”un CEO-su Mark Zukerberq məlumat verib. 

Zukerberq açıqlamasında “Bu seçki daha əvvəl baş tutan seçkilər kimi olmayacaq və bu səbəbdən hər kəsin demokratiyamızı qorumaq məsuliyyəti var” - deyə bildirib. 

O, namizədlərin seçkilərə 7 gün qalmış yeni iddialara cavab verməsi üçün kifayət qədər vaxtları olmaması ehtimalına qarşı “Facebook”da siyasi reklamlara icazə verilməyəcəyini vurğulayıb. 

Zukerberq seçkilərin nəticələri açıqlanmadan əvvəl qələbə elan edən namizədlərin postlarına isə xəbərdarlıq etiketi əlavə ediləcəyini qeyd edib. 

O bununla yanaşı, səsverməyə gedənlərin koronavirusa yoluxacağı ilə bağlı paylaşımların silinəcəyini söyləyib. 

0