Türkiyə yeni hərbi təlimlərə başlayır - Keçiriləcək yer diqqət çəkdi

SİYASƏT
18:34 / 05.09.2020
1166

Türkiyə Silahlı Qüvvələri ilə Şimali Kipr Türk Cümhuriyyəti Təhlükəsizlik Qüvvələri Komandanlığı birgə hərbi təlimlər keçirəcək.

“Şəhid Yüzbaşı Cengiz Topel Aralıq Dənizi Fırtınası Təlimləri” 6-10 sentyabrda baş tutacaq.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Şimali Kipr Türk Cümhuriyyətində icra ediləcək.

Açıqlamada bildirilib ki, təlimlərin məqsədi qarşılıqlı tədris, əməkdaşlıq və birlikdə iş icra etməyi inkişaf etdirməkdir.

 

0
Publika.az