Ermənilərdən növbəti təxribat - Məsciddə spirt içdilər

SİYASƏT
15:50 / 05.09.2020
1079

İranda yaşayan ermənilərin azərbaycanlılara qarşı təhqiredici hərəkətlər törətməsinin zaman-zaman şahidi olmuşuq.

Növbəti belə təxribata ermənilər koronavirus dövründə Təbrizdə əl atıblar. Hətta bunun videosunu da paylaşıblar. Ancaq sonradan həmin videolar sosial şəbəkələrdən yığışdırılıb.

Məlumdur ki, COVID-19-dan yana insanların məscidlərdə toplanması yasaq edilib. Ermənilər karantin rejimində məscidlərin bağlı olmasından istifadə edərək bəzi məscidlərdə spirt paylaşaraq onu içərək videoya çəkiblər. Sonradan video silinib.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Modern.az-a verdiyi məlumatda baş verənlərin gerçək olduğunu təsdiqləyib: 

"Təəssüflə qeyd edə bilərəm ki, bu hadisə baş verib. Pandemiya və koronavirus bəhanəsilə məscidlərə spirt gətirmək, onu içmək və o şəkildə ictimaiyyətə paylamaq günahdır, olmaz.

Videodan da göründüyü kimi, məscidlər daxilində qablara spirt doldurur, şadlıq mərasimi kimi bunu qeyd edib videosunu çəkib sosial şəbəkələrdə paylaşırlar".

Məsələ ilə bağlı insanların ermənilərə etirazına gəlincə, Sayman Aruz belə halın olmadığını vurğulayıb: "Açığı hansısa bir ciddi etirazın şahidi olmadıq".

1
qaynarinfo.az