Dünya türkün gücünü gördü! - Türkiyə KİV-i

SİYASƏT
10:05 / 06.09.2020
1259

Türkiyə mediası Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilən iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimini işıqlandırıb.

Təlimdə 2600 əsgər, 200 tank və zirehli texnika, 180 raket sistemi, topçu və minaatan topları, 18 helikopter və təyyarə, 30-dan çox hava hücumundan müdafiə sisteminin yer aldığı bildirilir.

Təlimi muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay izləyib.

2
Teleqraf.com