Ramiz Mehdiyevin kürəkəni ağlayaraq prezidentdən ÜZR İSTƏDİ

SİYASƏT
13:00 / 06.09.2020
2269

“Mən buradan cürət edib Cənab prezident İlham Əliyevin qarşısında, xalqın qarşısında üzr istəyirəm”.

Bunu bu gün 15 sutkalıq həbsdən azad olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev deyib.

“Balam qız övladıdır... (kövrəlir - red) Hisslərimi cilovlaya bilmirəm, mümkünsə, məni bağışlasınlar.

Bir sayt var və fotomu verərək adımdan yazıb ki, kefim kökdür. Mən o sayta xəbərdarlıq edirəm. Əgər iki gün ərzində audiosunu yaymasa mən onları tapıb cəzalandıracam. Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır”.

 

3
Yenisabah.az