Mətbuatda hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keiriləcəyi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən YAP-ın Mətbuat katibi Hüseyn Paşayev yayılan məlumatların həqiqəti əks etdimədiyini bildirib:
“Növbədənkənar qurultay ancaq partiyanın sədri cənab İlham Əliyevin göstərişi ilə həyata keçirilə bilər. Bununla bağlı isə cənab sədr tərəfindən heç bir göstəriş verilməyib.
Məsələ ilə bağlı mətbuatda real olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır, amma bu haqda tərəfimizdən heç bir rəsmi məlumat verilməyib”.
Redaktor.az