İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər

SİYASƏT
17:36 / 15.09.2020
965

Yaxın günlərdə İran və Azərbaycan prezidentləri - Həsən Ruhani və İlham Əliyevin, eləcə də hər iki ölkədən olan nazirlərin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bildirib.

“İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Bizim 30-a yaxın layihəmiz var ki, biz onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bu layihələrə energetika, kənd təsərrüfatı, tibb və s. sahələrinə aiddir. Düşünürəm ki, bu layihələrin icrası ilə ölkələrimizin iqtisayyatları bir-birlərinə daha sıx bağlanacaq”, - deyə Seyid Abbas Musəvi bildirib.

Səfir qeyd edib ki, ötən gün iki ölkə arasında proporsional ticarətə dair danışıqlar aparıldı: 

“Ölkələr arasında nəqliyyat sahəsində, energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Bu müzakirələr ona görə aparılır ki, yaxın günlər ərzində iki ölkənin prezidentləri və nazirlərinin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. Bu ilin martında İlham Əliyevin İrana səfəri gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə bağlı bu səfər baş tutmadı. Yaxın günlərdə baş tutacaq videokonfrans həmin səfəri əvəzləyəcək. Ümid edirəm ki, bu videokonfransdan sonra İran və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”.

0