Tofiq Yaqublunun səhhəti təhlükəli vəziyyətdədir - VİDEO

SİYASƏT
14:02 / 16.09.2020
1102

Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublu vəkili Aqil Layıc ilə görüşüb.

Hit.az xəbər verir ki, bu barədə məlumatı hüquqşünas öz “facebook” hesabında yazıb.

Aqil Layıc Yaqublunun fizioloji çətinlik çəkdiyini qeyd edib:

"Nəhayət 4-cü cəhdimdə Tofiq bəy Yaqublu ilə görüşə bildim. Sağlamlığında gündən-günə problemlər baş qaldırır. Gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa çətinlik çəkir. İndiyənə qədər qida və qidaverici sistemlərdən imtina edir. Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa sudan belə imtina edəcək.

Ehtiyaclarını Penitensiar xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi. Həmçinin xüsusilə qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara ona nisbətdə son qoyulsun. Ona dəstək olan hər kəsə dərin təşəkkürlərini çatdırır!".

Qeyd edək ki, sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən isə o, aclıq aksiyasına başladığını elan edib.

0