Tofiq Yaqublu bu gün azadlığa buraxılır? - GÖZLƏR MƏHKƏMƏDƏ!

SİYASƏT
13:03 / 18.09.2020
1725

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər - bu gün azadlığa buraxılacağı gözlənilir.

Hit.Az xəbər verir ki, vəkil Aqil Layıc bununla bağlı vəsatət qaldırıb.

Digər tanınmış vəkil Elçin Sadıqovun verdiyi xəbərə görə isə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

"İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün baxılacaq".

Qeyd edək ki, Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

0