Yüksəliş Partiyası qurultay qərarı verdi

SİYASƏT
14:05 / 19.09.2020
974

Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib.

"Xəbər365"in məlumatına görə, toplantıda təşkilati məsələlər müzakirə olunub. Müzakirələrin sonunda AYP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılmasına qərar verilib.

Təşkilat Komitəsi Təşəbbüs Qrupunun 7 üzvündən ibarətdir. Təşəbbüs Qrupunun üzvlərindən Bəhrəm İsmayılov Komitənin sədri, Turac Hacızadə katibi, Anar Əsədli, Şəmsəddin Rəhimov, Gülşən Hacıyeva, Elşad Abdullayev, Azər Əsgərov, Saleh Həsənov üzvləri seçiliblər.
Təşkilat Komitəsinin üzvləri AYP-nin qurultayına qədər partiyanın Nizamnaməsini,  Məramnaməsini, Proqramını və digər sənədləri hazırlayacaq, təşkilatlanma prosesi, qurultaya hazırlıq məsələlərini həyata keçirəcək.

0