Tofiq Yaqublu ADR Hərəkatının fəxri üzvü oldu

SİYASƏT
20:06 / 19.09.2020
1027

“Tofiq Yaqublu Azərbaycan Demokratiya və Rifah Hərəkatına fəxri üzv qəbul olundu. Digər siyasi və ictimai təşkilatlardan da analoji addım gözləyirəm”.

Cebhe.info-nun məlumatına görə, bu barədə ADR Hərəkatı İdarə Heyətinin üzvü Ellada Məmmədli açıqlama verib.

“Tofiq Yaqublunun müdafiəsi ilə bağlı siyasi partiyalarla son görüşdə Haqq və Ədalət Partiyasının Məclisinin sədri Zəlimxan Məmmədli təklif etmişdi ki, bütün siyasi partiyalar və hərəkatlar Tofiq Yaqublunu fəxri üzv qəbul etsinlər. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı ilk olaraq belə bir addım atdı. Digər partiyalardan da analoji addımlar gözləyirəm. Biz bununla Tofiq bəyin keçirdiyi aclıq aksiyasının siyasi əhəmiyyətini və onun şəxsi dəyərini artıra, eləcə də Tofiq Yaqublunun bütün siyasi qüvvələr və demokratik institutlar tərəfindən müdafiə olunduğunu nümayiş etdirə bilərik. Tofiq Yaqublu milli dəyərdir, ona hər kəs sahib çıxmalıdır”,-Ellada Məmmədli “Facebook” sosial şəbəkəsindəki ADR Hərəkatı Forum qrupunda belə yazıb.

0
Cebhe.info